Sosial şəbəkələr ondan danışır: Onlayn məhkəmədə gülünc duruma düşdü -

ABŞ-da onlayn şəkildə keçirilən məhkəmə zamanı vəkillərdən biri gülünc duruma düşüb.

Metbuat.az bildirir ki, Teksas əyalətində baş tutan məhkəməyə onlayn qatılan vəkil Rod Panton yanlışlıqla filtirlərdə dəyişiklik edib və ekranda pişik kimi görünməyə başlayıb. Filtiri dəyişməyi bacarmayan vəkil "Mən pişik deyiləm" deyə açıqlama verib. Video sosial şəbəkələrdə gündəm mövzusuna çevrilib.

Vəkilin gülünc duruma düşdüyünü görən digər vəkillərdən Roy Ferquson ona xəbərdarlıq edib və pişik olaraq göründüyünü bildirib. Çarəsiz qalan Panton məhkəmənin sonuna qədər bu cür davam etməli olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR