İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Enrike Peres Dias dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, keçmiş müdafiəçi 83 yaşında vəfat edib.
Qeyd edək ki, "Paçin" ləqəbi ilə tanınan oyunçu 1959 - 1968-ci illlərdə "Real Madrid"in formasını geyinib. O, "kral klubu"nda 218 matçda iştirak edib. Dias bu komandanın heyətində 7 də İspaniya çempionatının, iki dəfə isə Çempionlar Kubokunun qalibi olub.