ABŞ Senatında Trampın impiçment prosesinin ikinci günü başlayıb

ABŞ Konqresinin Senatında sabiq ölkə prezidenti Donald Trampın impiçment prosesinin ikinci günü başlayıb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, ittiham edən və müdafiə olunan tərəflər iddialarını izah etməyə başlamadırlar.

Məlumata əsasən, əvvəlcə söz Demokrat Ceymi Raskinin (Merilend ştatı) rəhbərlik etdiyi Nümayəndələr Palatasından ittiham edən tərəfə veriləcək. Bunun üçün onlara 8 saat vaxt verilir.

Qeyd edək ki, D.Trampın impiçment prosesində bir ittiham irəli sürülüb - üsyana təhrik. Sənəd ilk öncə Senata təqdim edilib və fevralın 9-u yuxarı palatada impiçment çərçivəsində proses başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR