Merkel lokdaun qərarı verdi -

Almaniya kansleri Angela Merkel ölkəsində koronavirusun artıq üçüncü dalğasının başladığını və onunla mübarizənin vacib olduğunu söyləyib.

Metbuat.az xəbər verir ki, Merkelin sözlərinə görə Almaniya hökuməti virusun mutasiyaya uğraması barədə ilkin hesabatları əldə edib.

Kansler bildirib ki, alınacaq qərarlara əsasən ötən il noyabrın 2-də tətbiq edilmiş lokdaunun müddətinin bu il martın 7-dək uzadılacaq.

Tətbiq olunan qaydalarla Almaniyada restoranlar, barlar, kinoteatrlar, əyləncə müəssisələri, fitnes-klublar, basseynlər bağlanılıb. Mağazaların işinə məhdudiyyətlər tətbiq edilib. İctimai yerlərdə 10 nəfərdən artıq vətəndaşın toplaşması yasaqdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR