x
Loading...
.

"Məni açıq-saçıq şəkillərimə görə tanıdılar" - Dilarə / FOTOLAR

.

Müğənni Dilarə Kazımova bütün pullarını layihələrinə xərcləməsindən danışıb.

Metbuat.az xəbər verir ki, sənətçi bu haqda "Xəbər-ətər" proqramında qonaq olarkən deyib.

Dilarə bildirib ki, evini təmir etdirə bilmir:

"Hər dəfə deyirəm ki, evi təmir etdirim, amma qalır. Əlimdə olan pulu layihələrimə xərcləyirəm. Deyirəm, bunu da təqdim edim, növbəti dəfə evə xərcləyərəm. Beləcə 4 ildir, evimi təmir etdirə bilmirəm".

Dilarə açıq-saçıq geyimlərindən də söz açıb. O deyib ki, tamaşaçı onu daha çox bu cür geyimlərdən sonra tanıyıb:

"Həmişə deyirlər ki, niyə belə açıq-saçıq geyinirsən. Axı sənin gözəl səsin var? Açıq-saçıq geyinəndən sonra daha da məşhur oldum. Bu, məndən asılı deyil, obrazdır. Şəkillər də məqsədəuyğun çəkilir. Qapalı fotolar bəyəni yığmır. Dekolteli şəkillərə isə reaksiya çox olur".



(Axsam.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR