x
Loading...
.

SON DƏQİQƏ! Baş infeksionistdən uşaqlarla bağlı HƏYƏCAN TƏBİLİ

.

“Koronavirus mutasiya edir və bunlar çoxsaylıdır”.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı deyib.

O bildirib ki, mutasiyalar baş verərkən virusun xüsusiyyətləri dəyişə bilər:

“Mutasiya prosesi hələ davam edəcək. Hələ ki, mutasiyalarda virusun yayılma sürətinin artması müşahidə olunub. Onların uşaqlar arasında daha təhlükəli olması məsələsi müəyyən olunmayıb. Uşaqlar arasında vaksinasiya aparılmır, çünki onlar risk qrupu deyil. Amma əvvəlki qaydalara əməl olunmalıdır”.

T. Eyvazov uşaqların spirtdən çox istifadəsinə də aydınlıq gətirib: “Uşaqların dərisi daha incədir. Spirtdən lazımi qədər istifadə olunmalıdır. Gigiyenik qaydalara görə 5 yaşına qədər uşaq sabunlardan istifadə edilməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR