Kiyev "Dinamo"sunun hücumçusu Azərbaycandan "qeyri-ciddi" təklif alıb

Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Kleyton ötən il Azərbaycan klublarının birindən təklif alıb.

Metbuat.az xəbər verir ki, bu barədə braziliyalı hücumçu yerli "Futbol" nəşrinə müsahibəsində deyib.

26 yaşlı forvard bildirib ki, təklif qeyri-ciddi olduğu üçün onu qəbul etməyib: "Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya, Cənubi Koreya və ABŞ-dan çoxlu variant təklif olunmuşdu. Amma hamısı qeyri-ciddi idi. Hələ yüksək səviyyədə futbol oynamaq istəyirəm. Ona görə də "Dinamo"nu seçdim".

Qeyd edək ki, Kleyton Kiyev təmsilçisinə ölkəsinin "Atletiko Mineyro" klubundan keçib. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR