Peyvənd olunmayanların pensiyası kəsiləcək? -

İqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov sosial şəbəkələrdə COVİD-19 virusunun qarşısının alınması məqsədi ilə peyvənd olunmayan 65+ yaşlı insanların pensiyalarının kəsilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Metbuat.az xəbər verir ki, ekspert hər bir vətəndaşın pensiya hüququnun olduğunu deyib:

"Bu onun qazandığı bir hüquqdur. Pensiya qanunvericiliyi var və həmin qanunvericilikdə belə bir məsələ yoxdur. Peyvənd könllüdür. Hətta gələcəkdə peyvənd məcburi olsa belə, heç bir halda bunun pensiya məsələsinə aidiyyatı yoxdur. Bu panikadır, belə məlumatlara inanmaq lazım deyil, aranı qatırlar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR