x
Loading...

İran və Rusiya bu tarixdə hərəkətə keçir

.

İran və Rusiya Hind okeanının şimalında ortaq hərbi təlim keçirməyə hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, bu barədə İran Ordusunun Koordinasiya Mərkəzinin sədri kontr-admiral Həbibullah Səyyari məlumat verib.

Təlimin Hind okeanının şimalında təhlükəsizliyin qalıcı olması üçün baş tutacağını söyləyən Səyyari "Rusiya donanmasının İran Hərbi Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu ilə birlikdə keçirəcəyi təlimlər açıq mesaj daşıyır. Ölkəmiz inqilabdan bəri bir çox təhdidlə qarşı-qarşıya qaldı və düşmənlərimiz müxtəlif planlar hazırladı", - deyə qeyd edib.

Hərbi təlimin ay ərzində baş tutacağı bildirilir. İran bundan əvvəl Rusiya və Çinlə 27-29 dekabr 2019-cu il tarixində Hind okeanının şimalında və Hörmüz boğazında birgə təlim keçirib.(publika)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR