x
Loading...
.

“Bavariya” yeni transferini rəsmən açıqladı

.

Almaniyanın “Bavariya” klubu “Leypsiq”in müdafiəçisi Dayot Upamekanonu heyətinə qatdığını rəsmən açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

Almaniya çempionu 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Upamekano komandaya bu il iyulun 1-dən qoşulacaq.

Yerli mətbuatın yazdığına görə, “Bavariya” Fransa millisinin üzvü üçün “Leypsiq”ə futbolçunun sərbəstqalma məbləği olan 42.5 milyon avronu ödəyəcək.

Upamekano 2017-ci ildən “Leypsiq”in uğurları üçün çalışır. Mərkəz müdafiəçisi daha öncə “Liferinq” və “Zalsburq”da da oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR