x
Loading...

ÜST-dən SENSASİYON AÇIQLAMA - Uhanda 13 fərqli SARS-CoV-2 nümunəsi aşkar edilib

.

Yeni növ koronavirus epidemiyasının başlanğıc nöqtəsi olduğu düşünülən Çinin Uhan şəhərini ziyarət edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərindən biri olan Peter Ben Embarek CNN televiziyasına maraqlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, P.B.Embarek deyib ki, Covid-19 virusu 2019 cu ildə Uhan şəhərində geniş yayılmışdı.

Embarek bölgədəki epidemiyanın düşünüləndən daha böyük olduğuna dair dəlillər topladıqlarını hətta nümayəndə heyətinin 8 dekabr 2019-cu ildə Uhan şəhərində Covid-19--a yaxalanan ilk şəxslə görüşdüyünü söyləyib. Həmin görüş ərəfəsində çinli alimlərin ÜST heyətinə 174 nümunə təqdim etdikləri bildirilib.

Uhan şəhərində yoluxmuş insanlardan alınan nümunələri də araşdırdıqdan sonra mütəxəssislər 13 fərqli SARS-CoV-2 nümunəsi aşkar ediblər.

ÜST mütəxəssisi xüsusilə vurğulayıb ki, Çinin bu günə qədər müayinə edilməsinə icazə verilmədiyi yüz minlərlə qan nümunəsi araşdırılmalıdır. Bu xəstəliyin genetikasının öyrənilməsində böyük köməklik göstərə bilər.

Mənbə: AA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR