"Araz Supermerket" MMC şirkətində yeni təyinat olub.
Metbuat.az xəbər verir ki, Şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə Səfər Aslanov təyin edilib.
Bundan əvvəl Səfər Aslanov "Auto Azərbayacan" və"AFB Bank"da marketinq və ictimaiyyətlə əlaqələr üzrə müxtəlif vəzifələrdə çalışıb.
Səfər Aslanov "Araz Supermerket"də ictimaiyyətlə əlaqələrin qurulması, ictimaiyyətlə əlaqələr kampaniyalarının müəyyən edilməsi və həyata keçirilməsini təmin etmək üzrə fəaliyyətlərə cavabdeh olacaqdır.
Səfər Aslanov 1985-ci ildə anadan olub. Niderland Marketinq İnstitutunun (NİMA) məzunudur.