x
Loading...

Aygün Kazımovadan ibrətamiz addım - FOTO

.

Kitabın, ədəbiyyatın məşhur sənət adamları tərəfindən təbliği çox vacibdir. Dünya şöhrətli aktrisa Merlin Monronu biz adətən bir aktrisa kimi tanıyırıq, amma onun zamanında verdiyi müsahibələrdən və ölümündən sonra evində qoyub getdiyi kitabxanadan bəlli olur ki, aktrisa həm də bədii ədəbiyyatı sevib.

1962-ci ilin avqust ayında ölümdən sonra ondan qalan kitabxanada 400-dən çox kitab vardı.

Onun dahi Ceyms Coysun “Ulis” romanı ilə fotoşəkli də çox məşhurdur.

Türk ulduzlarının da zaman-zaman kitabın təbliği ilə bağlı paylaşımları ilə rastlaşırıq.

Təəssüflər olsun ki, bizim kitaba, ədəbiyyata meylli, oxumağı təbliğ edən sənətçilər barmaqla sayılacaq qədərdir. Kitab, oxumaq deyəndə ağıla gələn ilk adlar Faiq Ağayev, Tünzalə Ağayeva, Nura Suri, Murad Arif, Eldar Qasımovdur...

Lakin Xalq artisti Aygün Kazımovanın bu günlərdə atdığı addım sözün yaxşı mənasında hər kəsi təəccübləndirdi. O, şəxsi “İnstagram” hesabında S.J.Harrisin: “Kitablar da dost kimidir, fəqət, yaxşı seçilmiş olmalıdır” kəlamını paylaşaraq, izləyiciləri arasında son oxuduqları kitablarla bağlı sorğu keçirib.

Xalq artistinin sözügedən paylaşımını 14 mindən çox insan bəyənib və izləyicilər sorğuda fəallıq göstəriblər.

Onlar əcnəbi yazıçılardan Viktor Hüqonun, Çexovun, Aqata Kristinin, Drayzerin, Aleksandr Dümanın, Robert Şaronun, Vulf Dorun, Daniel Defonun, Kazuo İşuquronun, Orxan Pamukun, Joze Saramaqonun, Xalid Hüseyninin, yerli yazıçılardan Çingiz Abdullayevin, Elxan Elatlının, Hüseynbala Mirələmovun, Rövşən Abdullaoğlunun adlarını çəkiblər.

Aygün xanımın bu ibrətamiz addımının digər məşhur sənətçilər tərəfindən də təkararlanaraq bir ənənəyə çevrilməsi sevindirici olardı.

Arzu edərdik ki, növbəti sorğularda Aygün xanım özü oxuduğu bir kitabın, müəllifin adını qeyd etsin. (kulis.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR