x
Loading...

"Bitcoin"in dəyəri ilk dəfə 50 min dolları keçib

.

Dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"nin dəyəri yeni tarixi rekord vuraraq 50 min ABŞ dolları həddini keçib.

Metbuat.az-ın "CoinMarketCap"ə istinadən verdiyi məlumata əsasən, dövriyyəsinə görə dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"da "Bitcoin"nin dəyəri Bakı vaxtı ilə 16:30-da artaraq 50 341,1 dollara çatıb.

Qeyd edək ki, hazırda kriptovalyuta bazarında "Bitcoin"in dövriyyəsi 923,293 mlrd. dollar təşkil edir. Son 24 saat ərzində "Bitcoin"lə ticarət əməliyyatlarının həcmi 3,4% azalaraq 78,289 mlrd. dollara enib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR