"Uşaqpulu" ilə bağlı deputatdan

“Xudavəndi-aləm kömək olsun, camaatın uşaq pulunu versinlər. Ən böyük iş uşaqpulu məsələsidir. Bunu həll etsələr, Azərbaycan xalqı rahatlayar”.

Metbuat.az xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas “AStar” “Youtube” kanalına müsahibəsində deyib.

Deputat uşaq pulunun miqdarı ilə bağlı suallara da aydınlıq gətirib: “Uşaqpulu elə bir miqdarda verilməlidir ki, heç olmasa uşağın yeməyinə çatsın. Bu, pul şəklində kartla verilməlidir. Hamının arzusudur ki, uşaq pulu verilsin. Yəqin, dövlət bu məsələni həll edəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR