Tovuz sakini güllə yarası aldı

Tovuz rayonunda silahlı insident baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Şamlıq kəndində (Qəribli nümayəndəliyi) qeydə alınıb.

1992-ci il təvəllüdlü Kamal Quliyev Kamal güllə yarası ilə xəstəxanaya yerləşdirilib və dərhal cərrahi əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

29 yaşlı kişinin hansı səbəbdən güllə yarası alması məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun əməkdaşı Eşqin Qasımovun apa-nın yerli bürosuna verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Quliyev Kamal Knyaz oğlu ehtiyatsızlıqdan güllə yarası alıb. Hadisəni törəsən şəxs 1995-ci il təvəllüdlü Muradov Murad Nəriman oğludur. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR