Etna püskürməyə başladı -

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı püskürməyə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “ANSA” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, vulkan püskürərkən cənub-şərq yamacındakı kraterdən vulkanik kül və lava qatı buraxıb. Vulkanik aktivliyin artması Milli Geofizika və Vulkanologiya İnstitutu tərəfindən yerli vaxtla saat 16:10-da (Bakı vaxtı ilə saat 19:10-da) qeydə alınıb.

Avropanın ən böyük aktiv vulkanı olan Etna daim mütəxəssislərin nəzarəti altındadır. Bir qayda olaraq, onun fəaliyyəti əhali üçün təhlükə yaratmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR