Bayden 3 supergüc dövlətə qarşı -

''İran aşkar formada Amerikanı təhdid edir. Əlbəttə ki, bu təhdidin arxasında bir güvənc hissi olmalıdır. Amerika bunu yaxşı anlayır və bu vəziyyəti İsrailin əli ilə ələ almağı planlaşdırır desək, bəlkə də, yanılmarıq''.

Bu açıqlamanı Metbuat.az-a politoloq Elman Vəliyev verib. Siyasi şərhçi deyir ki, Amerika ilk öncə İranın atom əldə etməsinə maneə olması üçün çalışmalıdır.

Son günlər ABŞ-Türkiyə münasibətlərinə aydınlıq gətirən Elman Vəliyev bildirdi ki, Türkiyə ilə S-400 məsələsində gərginilik ola biləcək.

''Türkiyə buna cavab olaraq fikirlərini dəyişməyəcəyini bildirib. Zənn etmirəm ki, Amerika bu amilə görə Türkiyə ilə konflikti böyüdə bilər. Türkiyə çoxdandır S-400-lərə malikdir. Bu silahların pulu ödənilib. Türkiyə ABŞ görə S-400-lər layihəsindən imtina etməyəcək.

Türkiyə regionda artıq supergücə çevrilib''.

Yeni seçilən prezident Co Bayden dünyanın supergücünə çevrilən dövlətlərlə münasibətlərdə necə bir münasibətlər sərgiləyəcək?

"ABŞ-a gözdağı üçün Rusiya,Çin hətta Türkiyə ilə yaxın münasibətlərə başlayıb. İran deyir ki, ABŞ sanksiyaları qaldırsın,sonra müzakirələr apara bilərik. Amma ABŞ buna tez "hə" demir. İran ABŞ-ı küncə sıxışdırmaq istəyir ki, sanksiyaları aradan qaldırsın.

İranın Əfqanıstan gedən neft tankerlərinin partladılmasının üzərinə İraqın Ərbil şəhərindəki ABŞ bazalarına raket hücumları edilməsi ABŞ üşün açıq təhdiddir.

İranın bu hərəkətinin arxasında bir özgüvən mənbəyi var. Rusiya və Çinlə təlimlər keçirməsi, İran XİN bölgə səfərləri də İran üçün müsbət addımdır. Rusiya , Çin , Fransa, İngiltərə kimi güc dövlətlər İrana dəstək verirlər''.

Baydenin bu yaxınlarda gözlənilən Orta Şərq ölkələrinə səfəri hansı məqsədlərə xidmət edir?

''ABŞ ilk öncə Orta şərqdə sütunlarını gücləndirməyə çalışır. İsrailə lazımı dəstəyi əsirgəmir.

Sabiq Prezident Tramp “körfəz koalisiyası” qurmağa niyyətlənmişdi. Bu koalisiya İsrail ilə bölgə dövlətlərinin birgə əməkdaşlığı və ittifaqı yönümdə idi.

Bu koalisiyası İran üçün bir göz dağı idi. Ruhani çıxıb deyir ki, Trampın devrilməsində bizim də çox payımız var. Amma çox güman ABŞ-İran konflikti müzakirələrə doğru gedəcək. ABŞ İranla müharibəni gözə ala bilməz. Bu ona baha başa gələ bilər. Bunu ABŞ da yaxşı bilir''.

ABŞ-Rusiya münasibətləri sanki son vaxtlar daha da soyuq formada irəliləməyə başlayıb. Putin bu addımlara hərbi yoxsa diplomatik ''cavab'' verəcəkdir?

''Bayden dövrü Rusiya ilə soyuq savaş formatını daha da irəlilədəcək. İşartıları görsənir artıq..Rusiyanı küncə sıxışdımaq getdikcə artıb. Rusiya budaqları getdikcə çürüyür. MDB və Postsovet məkanları zəncirləri qırır.

Rus dilinin aradan qaldırılması prosesi getdikcə güclənir. Təsəvvür edin, Navalniyə görə (əsl səbəb bu deyil təbii ki, Rusiyanı çökdürmək üçün ən kiçik zəif nöqtədən istifadə edirlər) nə qədər məkanların, nə qədər əhalisi ayağa qalxdı. Bu qığılcımidi. Partlamağa hazır olan bomba kimi təsəvvür edək.

Əlbəttə ki, bu “Şimal ayısını” çökdürməyə çalışanlar üçün böyük avantajdı.Biden də aşkar formada Rusiya əleyhinə fikirlər səsləndirdi. Rusiya bunu yaxşı anlayır və alternativ olaraq müttəfiqlər qurmağa çalışır.

Fikir versək Rusiya son zamanlar diplomatik yollardan istifadə edir. Çünki bilir ki, hərbi yola əl atsa bu onun üçün ağır nəticələrə səbəb ola bilər''.

Dünya Baydendən sonra Tramp üçün darıxa bilərmi?

''ABŞ-ın siyasəti formata uyğun şəkildə həyata keçirilir. Yəni prezident öz şəxsi arzu-istəklərinə görə dövlət maraqlarını dəyişə bilməz.

Amma müəyyən qədər fərqli dəstxətt yeridə bilər. Bayden də müəyyən qədər fərqli xətt yeridəcək.

Əsas diqqət mərkəzi İran olacaq. Türkiyə əleyhinə də fikirlər səsləndirsədə, Rusiya ilə gərginlik Türkiyəyə nisbətən daha çox olacaq. Tramp İsraillə-Netanyahu ilə daha sıx əlaqələr qururdusa da, Bayendə bu amili görə bilmirik.

Bu arada Trampın impiçmenti qəbul edilmədi.

2024-cü ildə yenidən namizəd olacağını ehtimalı var.Tramp buna özü də maraqlıdır. Onun son zamanlarda dediyi - ''hələ yeni başladıq, qaldığımız yerdən davam " fikirləri də bu ehtimallara əsas verən amillərdəndir.

Mən düşünürəm ki, o yenidən namizəd olsa, seçilərsə Amerikanın başlanğıcını qoyduğu xaosu daha da böyüdəcəkdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR