x
Loading...

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə start verilir

.

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start veriləcək.

Metbuat.az bildirir ki, eyni gündə keçiriləcək qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da başlayacaq.

"Qarabağ"ın yer aldığı A qrupunun lideri kimi pley-offa vəsiqə qazanmış İspaniya "Vilyarreal"ı bu raundun ilk görüşünü səfərdə keçirəcək. Unay Emerinin başçılıq etdiyi kollektiv Avstriyada "Zaltsburq"la üz-üzə gələcək. Təl-Əviv "Makkabi"si isə İsraildə Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını sınağa çəkəcək.

Gecənin digər maraqlı oyunlarında İngiltərənin "Mançester Yunayted" və "Arsenal" klubları səfərdə müvafiq olaraq İspaniyanın "Real Sosyedad" və Portuqaliyanın "Benfika" kollektivləri ilə qarşılaşacaq. Pandemiya səbəbindən hər iki görüş İtaliyada oynanılacaq.

Bundan başqa, İtaliya "MilanSerbiyada "Srvena Zvezda", Niderland "Ayaks"ı isə Fransada "Lill"lə qarşılaşacaq.

Avropa Liqası

1/16 final mərhələsi

İlk oyunlar

21:55. “Olimpiakos" (Yunanıstan) - PSV (Niderland)
21:55. “Yanq Boyz” (İsveçrə) - “Bayer” (Almaniya)
21:55. “Krasnodar” (Rusiya) - “Dinamo” (Zaqreb, Xorvatiya)
21:55. “Braqa” (Portuqaliya) - “Roma” (İtaliya)
21:55. “Slaviya” (Çexiya) - “Lester” (İngiltərə)
21:55. “Srvena Zvezda” (Serbiya) - “Milan” (İtaliya)
21:55. “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
21:55. “Dinamo” (Kiyev, Ukrayna) - “Brügge” (Belçika)
21:55. “Volfsberq” (Avstriya) - “Tottenhem” (İngiltərə)

00:00. “Lill” (Fransa) - “Ayaks” (Niderland)
00:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Şaxtyor (Donetsk, Ukrayna)
00:00. “Qranada” (İspaniya) - “Napoli” (İtaliya)
00:00. “Molde” (Norveç) - “Hoffenhaym” (Almaniya)
00:00. “Zaltsburq” (Avstriya) - “Vilyarreal” (İspaniya)
00:00. “Antverpen” (Belçika) - “Reyncers” (Şotlandiya)
00:00. “Benfika” (Portuqaliya) - “Arsenal” (İngiltərə).

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları 24 - 25 fevralda gerçəkləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR