BNA piyadanın vurulmasına aydınlıq gətirdi

Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında avtobusun piyadanı vurması ilə bağlı məsələ araşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, hadisə özəl şirkətlərdən birinə məxsus xidməti avtobusun iştirakı ilə baş verib.

"Ötən gün qeyd olunan ərazidə müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının iştirakı ilə piyadanın vurulması halı olmayıb", - deyə BNA rəsmisi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR