Göyçayda bıçaqlanan gənc xəstəxanada öldü

Göyçayda bıçaqlanan şəxs dünyasını dəyişib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Göyçay rayonu Yalman kənd sakini, 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlu şəhərin Heydər Əliyev prospekti adlanan ərazidə bıçaqlanıb.

Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin, o çoxlu qan itirmə səbəbindən dünyasını dəyişib. Hadisəni törədən şəxsi isə polis axtarır.

Fakt araşdırılır.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR