Azərbaycanla Türkiyə arasında sərbəst ticarət müqaviləsi bu tarixdən qüvvəyə minir

Azərbaycan və Türkiyə arasında sərbəst ticarət müqaviləsi martın 1-dən qüvvəyə minir.

Metbuat.az xəbər verir ki, bunu bu gün Ankarada baş tutan Türkiyə-Azərbaycan Biznes Forumunda Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.

“Azərbaycanla hədəfimiz, prezidentlərimizin də müəyyənləşdirdiyi 15 milyard dollarlıq ticarət həcminə nail olmaqdır. Azərbaycanın zəfəri bölgəmizin ticarət və logistika quruluşunun dəyişəcəyi yeni bir dönəmin başlanğıcı oldu. Bu yeni dönəmdə də azərbaycanlı qardaşlarımızın yanında, onlarla əməkdaşlıqda olacağıq”, - o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri Selçuk Akat sərbəst ticarət müqaviləsinin imzalanmasının zərurəti barədə təklif irəli sürmüş, bunu ticarət həcminin artırılmasına töhfə verəcəyini qeyd etmişdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR