İşığın da qiyməti qalxacaq? -

“Azərişıq” ASC elektrik enerjisinin qiymətinin artırılması üçün Tarif Şurasına müraciət etməyib.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərişıq" ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev Pravda.az-ın sorğusuna cavab olaraq bildirib.

T.Mustafayev qeyd edib ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, yayılan məlumatlara əsasən, əhali üçün bir kilovat elektrik enerjisinin qiyməti 14 qəpiyə qaldırılır. Hazırda 300 kilovatadək 7 qəpik, limit keçdikdən sonra isə 11 qəpik hesablanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR