x
Loading...

Evli kafe sahibi ilə görüşən qadın: "Bilərək onunla münasibət qurdum" - VİDEO

.

Atv-nin "Bizimləsən" layihəsində gərgin anlar yaşanıb.

Metbuat.az sonxeber.az-a istinadən xəbər verir ki, verilişə müraciət edən Mətanət adlı xanım üçün zəng gəlib. Kəmalə adında azərbaycanlı qadın İstanbuldan telefon bağlantısına qoşularaq Mətanəti tanıdığını bildirib. Qadın şok iddialarla çıxış edərək, Mətanətin Nurlan adlı sevgilisindən doğulan 40 günlük qız övladını satdığını deyib. Mətanət isə canlı yayımda qadını tanımadığını bildirib.

Mətanət efir vasitəsilə kafe sahibi ilə olan münasibətindən danışıb. O, "Münasibətdə olduğum kişinin bir il ailəsi dağılmaq təhlükəsi qarşısında qaldı. Həmin innsanın öz səhvi olub. Kimsə birini nəyəsə məcbur edə bilməz. Mən onu özümdən uzaqlaşdıraraq ailəsi ilə barışdırdım.

Münasibət qurduğum insan kafe sahibi idi. Ailəsi olduğunu bilirdim. Mən onun kafesində işləyirdim. Ailəsinin, övladlarının olduğunu bilə-bilə onunla münasibət qurdum.

Ailəsi az qala dağılacaqdı. Ayrılmağıma səbəb kimi "Ailə dağıdanın ailəsi olmaz" fikri oldu. Mən heç kimi məcbur yanımda saxlamamışam"

Qeyd edək ki, Mətanətin üç oğul övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR