.

Tanınmış politoloq və ekspertlər Metbuat.az-ı təbrik etdilər - 4 il

.

Ölkənin sosial-iqtisadi,siyasi həyatında baş verən hadisələrə daima operativ reaksiya göstərən Metbuat.az saytını bu özəl günündə təbrik edənlər çox oldu.

Onların arasında tanınmış politoloq və siyasətçilər, həmçinin Azərbaycanı sevən və vətənin maraqları naminə daima fəaliyyət göstərən şəxslər çox idi desək yanılmarıq.

''Metbuat.az''ın dostlarının ad günümüz ilə bağlı dediyi dəyərli təbrikləri sizlərə təqdim edirik.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, general Yücel Karauz deyir ki, Metbuat.az Türkiyə-Azərbaycan milli maraq və dostluq, qardaşlıq münasibətlərinin qorunmasına öz səyini daima nümayiş etdirir.


''Metbuat.az daima xalqının, prezidentinin, dövlətinin yanında olmağı bacaran bir xəbər saytı olmuşdur.

Başda Ramil Mirzəyev olmaqla Metbuat.az saytı bu dörd il ərzində həm Azərbaycan, həm də xalqın milli və mədəni maraqlarının qorunmasında böyük işlər görmüşdür.

Xüsusilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin qorunmasında, iki dövlət tək millət olan bizlərin bir-birinə daha sıx bağlanması, ortaq tarix və mədəniyyətin inkişafında Metbuat.az saytının da böyük xidmətləri vardır.

Onu da qeyd edim ki, 44 gün Böyük Vətən müharibəsi ərəfəsində xalqın savaş meydanında baş verənlərdən doğru xəbərdar olması, ''Dəmir yumruq'' hərbi əməliyyatı çərçivəsində şəffaf, dolğun informasiyanı zamanında oxucuya çatdıraraq öhdəsinə düşən missiyanı layiqincə yerinə yetirmişdir.

Mənim arzum odur ki, Metbuat.az 4 ilini deyil o gün olsun ki, 40-cı ad gününü qeyd etsin və biz də həmin günləri görək. Azərbaycan mətbuatında haqlı mövqeyini daima qoruyub saxlasın. Dövlətinə, millətinə, cəmiyyətinin inkişafında göstərdiyi xidmətləri layiqincə davam etdirsin. Bir daha Metbuat.az-ın bütün kollektivini şəxsim adına təbrik edir və uğurlar arzu edirəm''.


Millət vəkili Cavid Osmanov da Metbuat.az-ı təbrik edərək gələcək fəaliyyətində uğurlar arzu etdi.


''İlk öncə Metbuat.az-ı dörd yaşı münasibəti ilə təbrik edirəm. Müddət baxımdan az olsa da Metbuat.az- saytı özünə kifayət qədər oxucu auditoriyası toplamış bir saytdır. Arzu edirəm ki, Metbuat.az gələcəkdə daha çox böyük oxucu kütləsini ətrafına toplamağı bacarsın.

Ölkəmizin inkişafı naminə dəqiq, qərəzsiz, xəbəri çatdırmaq baxımından xəbər portallarının üzərinə böyük məhsuliyyət düşür.

Bu baxımdan Metbuat.az öhdəsinə düşən işi layiqinci yerinə yetirən xəbər saytlarından biridir.

Mən arzu edirəm ki, Azərbaycanın gələcək informasiya savaşında Metbuat.az da öz tövhələrini verməklə kifayətlənməyib, təkcə ölkəmizdə deyil beynəlxaq arenada da öz sözünü deyən bir saytda çevriləcəkdir. Bir daha təbrik edirəm və gələcək fəaliyyətində kollektivə uğurlar arzu edirəm''.


Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli bildirdi ki, dövrün “azsaylı KİV-lər”in sırasında Metbuat.az-da öz dəsti-xətti var.


''Kommunikasiya tipinin sürətlə dəyişdiyi, az qala hər gün yeniləndiyi bir dövrdə yaşayırıq. İndi informasiya tərtibatı qəlibləşmiş standartlara deyil, zövqlərə uyğunlaşdırılır: auditoriyanı keyfiyyətli xəbərlər, maarifləndirmə ilə deyil, “zövq oxşayan məhsullarla” cəlb etmək uğrunda yarış gedir.

Kəmiyyəti sürətlə artan onlayn KİV-lərin əksəriyyəti “zövq oxşamaq” prinsipi ilə hərəkət edirlər, ictimai faydalılıq əmsalı kölgəyə çəkilir. Yaranmış durumda ictimai faydalılıq prinsiplərinə sadiq qalmaq, keyfiyyət dalınca qaçmaq “İP itkisi” yaradır; “zövqə uyğunlaşmaq” isə peşəkarlıqdan uzaqlaşdırır.

Bu dönəmdə xəbər standartlarına sadiq qalmaq, etik standartları nəzərə almaq, yəni, peşəkar davranmaq ağır zəhmət, fədakarlıq tələb edir.

Bu iki yolun arasında qızıl ortamı tapmaq: yəni, həm auditoriya toplamaq, həm də xəbər standartlarını qorumaq, ictimai maraqları nəzərə almaq çox az sayda KİV-lərə nəsib olur. Belə “azsaylı KİV-lər”in sırasında “Mətbuat.az” xəbər portalı da var. Dövrün texnoloji imkanlarından səmərəli faydalanan bu KİV qurumu özünə yetərli autoriya toplaya bilib, izləyicilərinin sayı on minlərlədir. Xəbər standartı, keyfiyyət amili də gözlənilir, təqdim etdiyi məhsul ictimai əhəmiyyətə malikdir.

Fəaliyyətdə olduğu qısa dövrdə, 4 il müddətində belə nailiyyət qazanmaq böyük uğurdur. “Metbuat.az” komandası bu uğura imza ata bilib. Bir KİV qurumu olaraq “Metbuat.az” peşəkardır, ictimai maraqlara söykənir, ölkəmiz üçün faydalıdır.

Ramil Mirzəyev başda olmaqla, “Metbuat.az” xəbər portalının kollektivinə uğurlar, yeni nailiyyətlər arzulayıram''.


İqtisadçı-ekspert Elman Sadıqov Metbuat.az-ı hadisələrə peşəkar yanaşması ilə qiymətləndirdi.


''Metbuat.az saytı 4 il ərzində medi məkanında özünəməxsus yer tutdu. Hadisələrə,maksimum obyektiv yanaşmağa çalışmaq, müsahibləri ilə peşəkar davranış,baş verənləri operativ işıqlandırmaq, xəbərçilik ilə yanaşı həm də, təhlilə xüsusilə də analitik təhlilə önəm vermək istəyi, təhlili önə çıxartmaq istəyi,əlbəttə təqdirəlayiqdir.

Arzu edirəm ki, Metbuat.az saytı öz,peşəkar kollektivi ilə, 10 illiyini, 20 illiyini, 50 illiyini qeyd etsin və xəbər məkanında daha güclü mövqeyə sahib olsun''.


Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, Metbuat.az ölkənin əmlak sektorunda baş verənlərə həmçinin yeni təklif və layihələrin işıqlandırılmasına daima köməyini göstərən saytlardandır.


''Metbuat.az xəbər saytı ölkədə baş verən bütün prosesləri 24 saat ərzində yayımlayaraq, işıqlandırdıgı hər bir məsələyə ən qısa zamanda reaksiya verməyi bacarıbdır.

Sizin kollektiv ətrafına yüksək səviyyəli oxucu kütləsi toplamaqla bərabər həmçinin ölkədə kifayət qədər tanınaraq əməkdaşlıq etdiyi qurumlarla çox gözəl münasibət qurub.

Bu ugur həm də saytın əməkdaşlarının uğurlarıdır. Sizin xəbərlər hər kütlədə oxucunun marağına cavab verir. Operativ, dəqiq, ən əsası isə qərəzsiz məlumatlarla çıxış edirsiniz.

Mən Fərzəliyev Elnur əmlak eksperti olaraq daima bu sahədə baş verən yenilikləri və problemləri sizin saytınızda yayımlamaqla bu sahədəki problemlərin yuxarı dairələrdə nəzarətə götürülərək həll olundugunun şahidi olmuşam.

Hər zaman sırf insanları maarifləndirən, bilgiləndirən məlumatları xəbərə çevirib oxucunuzla paylaşırsınız. Mətbuat az saytını 4 yaşınızın qeyd olunması münasibətilə başda rəhbərlik olmaqla bütün kollektiv üzvlərini ürəkdən təbrik edirəm. Səsiniz və sətirləriniz daima ucalardan eşidilsin''.


Tarix üzrə fəlsəfə doktoru, AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadənin oxuduğu saytlar içərisində Metbuat.az birincidir.

''Metbuat.az ölkənin elektron mediasında özünəməxsus dəsti-xətti ilə seçilir. Baş verən hadisə və proseslərə çoxtərəfli yanaşma, məsələlərlə bağlı ən müxtəlif tərəfləri təmsil edən ekspertlərin rəyləri bu saytda yayımlanan məlumatları rəngarəng edir.

Gün ərzində informasiya almaq üçün izlədiyim əsas saytlardan biridir. Metbuat.az-ı kifayət qədər uğurlu layihələrdən biri hesab etmək olar.

Bu media orqanında çalışan hər kəsi səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində daha böyük uğurlar arzu edirəm''.


Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov dedi ki, Metbuat.az ölkədə və dünyada baş verən iqtisadi prosesləri yaxından izləyib dəyərləndirən xəbər saytlarındandır.

''Dörd yaşı tamam olmaq münasibəti ilə Metbuat.az-ı başda rəhbərlik olmaqla bütün kollektivi təbrik edirəm. Onlara bu çətin peşə fəaliyyətlərində bol uğur və müvəffəqiyyətlər arzu edirəm. Arzu edirəm ki, həmişə aktual mövqeyinizi xəbər saytları içərisində qoruyub saxlayasınız.

Oxucu kütləniz ümidvaram daha da çoxalacaqdır. Hər birinizə bol şans diləyirəm''.


Təhsil eksperti Elçin Əfəndi Metbuat.az-ı belə təbrik etdi:


''Hər bir sfera üzrə məlumatların dolğun və qərəzsiz ictimaiyyətə çatdırılmasında göstərdiyiniz xidmətlərə başda rəhbərliyiniz olmaqla bütün komandanıza təşəkkür edir və təbrik edirəm.

Metbuat.az kollektivinin hər birinə də uğurlar arzulayıram. Fəaliyyətiniz davamlı olsun''.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR