.

Revanşist qüvvələrin fəallığının artmasına hazır olmalıyıq - Qafqazşünas alimdən AÇIQLAMA

.

''44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin Ermənistanda yaratdığı şokun təsirləri hələ bir müddət davam edəcək. Bu müddətdə revanşist qüvvələrin fəallığının artması gözləniləndir və buna hazır olmalıyıq''.

Bu açıqlamanı Metbuat.az-a AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə bildirib.

O, qeyd edib ki, məlumdur ki, indiki məqamda bu cür çağırışları edənlərin özlərinə də Azərbaycan və Ermənistanın gücü arasındakı fərq yaxşı məlumdur.


''Əslində Ermənistanı indiki böhranlı, səfil vəziyyətə elə həmin işğalçı və terrorçuların özləri salıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycan Ordusu Nikol Paşinyanın deyil, Sarkisyan-Koçaryan cütlüyünün formalaşdırdığı ordunu darmadağın edib.

Hazırda Ermənistanda kütlənin rəyini revanşist çağırışlarla, psevdo-milliyətçi şüarlarla manipulyasiya etmək cəhdləri hakimiyyəti ələ keçirmək üçündür.

Xüsusən keçmişdə Ermənistanda hakimiyyətdə olmuş terrorçuların hədəfi budur. Yəqin ki, bu qüvvələrin fəallığı mart-aprel ayları ərzində də davam edəcək.

Lakin hətta bu qüvvələr Ermənistanda nəyəsə nail olsalar belə Azərbaycana qarşı revanşizm çağırışları iflasa məhkumdur. İlk növbədə ona görə ki, indi Azərbaycanın Ermənistanın daxilində gedən proseslərə nəzarət və təsir imkanları daha böyükdür.

Hərbi-strateji baxımdan Azərbaycanın geri qaytardığı mövqelər Ermənistan ordusunun müharibədən sonra qalan tör-töküntülərini də məhv etməyə imkan verir.

Sadə erməniləri isə indi Koçaryan, Sarkisyan və digərlərinin hakimiyyətə gəlmə arzularından daha çox iqtisadi və sosial problemlər daha çox düşündürür''.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR