.

Mətbuat katibləri Metbuat.az-ın fəaliyyətindən DANIŞDILAR - 4 il

.

Fevralın 21-də Metbuat.az xəbər portalının peşəkar fəaliyyətə başlamasından 4 il ötür. 2012-ci ildə yaradılan sayt 2017-ci il 21 fevral tarixindən etibarən peşəkar kollektivlə özəl xəbər istehsalına başlayıb.

Metbuat.az xəbər verir ki, bu münasibətlə dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri saytımızı təbrik ediblər.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova dedi ki,hər zaman operativ fəaliyyətiniz ilə diqqət önündə olmusunuz.

Dəyərli, “Mətbuat.az” kollektivi! Sizinlə əməkdaşlığımız ilk yarandığınız dövrdən etibarən başlayıb. Böyük auditoriya kütləniz qarşısında məlumatlarımızı bölüşmək üçün şərait yaratdığınıza görə təşəkkür edirəm.

Hər zaman operativ fəaliyyətiniz, dəqiq və qərəzsiz xidmətinizlə, informasiyanı əsl mənbədən ötürmək etikanızla diqqət önündə olmusunuz. Əməkdaşlığımızın daha uzun illər davam etməsi ümidi ilə”.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev dedi ki, işləriniz hər zaman ASAN olsun.

““Mətbuat.az” kollektivini 4 illiyi münasibətilə təbrik edir, xoş arzularımızı çatdırır, kollektivinizin hər bir üzvünə can sağlığı arzulayırıq. İşləriniz hər zaman ASAN olsun.

Bu gün ölkəmizdə milli mətbuatın, kütləvi informasiya vasitələrinin fəaliyyətinin inkişaf etdirilməsi, ifadə və söz azadlığının təmin edilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Onlayn media qurumlarının da sayı kifayət qədərdir. Hər zaman operativliyiniz və peşəkarlığınızla seçiləsiniz.

Sizi bir daha kollektivimiz adından təbrik edir, "ASAN xidmət"in fəaliyyətinə verdiyiniz dəstəyə görə təşəkkür edirik” .


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, Metbuat.az ekologiya sahəsində görülən işləri operativ surətdə ictimaiyyətə çatdırır.

Metbuat.az saytı yaranmasından qısa bir vaxt keçməsinə baxmayaraq bu gün Azərbaycanın media məkanında xüsusi yerə malikdir.

Yarandığı gündən özünə xeyli oxucu kütləsi toplamış Metbuat.az saytının peşəkar və operativ kollektivini saytın 4 yaşı münasibətilə təbrik edir, ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin operativ surətdə ictimaiyyətə çatdırılması sahəsindəki xidmətlərini yüksək qiymətləndiririk.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından gələcək işlərində uğurlar arzulayırıq”.


Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov dedi ki, qısa zaman qazanılan uğurlarınız ağır zəhmətin bəhrəsidir.

“Cəmi 4yaşı olmasına baxmayaraq “Metbuat.az” saytı fəaliyyətə başladığı gündən etibarən geniş oxucu kütləsi qazanmağı bacardı və tanınmış media qurumlarından birinə çevrildi.

Şübhəsiz ki, qısa zaman kəsiyində qazanılan bu uğur, ağır zəhmətin, məsuliyyətin və əzmin bəhrəsidir.

İnanıram ki, “Metbuat.az”bundan sonra da maraqlı xəbərləri, araşdırmaları ilə cəmiyyətdə, informasiya məkanında öz sözünü deyəcək”.


Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova Metbuat.az-ilə bağlı kiçik xatirələrini bölüşdü.

““Metbuat.az”la ilk tanışlığımın qəribə tarixçəsi var. Təcili olaraq valyuta məzənnəsini bilməyim lazım idi. Problemi necə həll etməyimi düşünürdüm ki, qızım “Metbuat.az”a bax, orda ətraflı məlumatlar olur və daim yenilənir-dedi.Və beləcə təqribən 4 il əvvəl ilk dəfə bu sayta giriş etdim və maraq dairəmə uyğun olduğundan “dostluğumuz” bu gün də davam edir.

Ömrümün 35 ili peşəkar jurnalistikada keçdiyindən, KİV-in bütün növlərində çalışmaq şansım olduğundan, bilirəm ki, hər sahənin öz özəlliyi, gözəlliyi və çətinlikləri var. Amma hamısına xas olan ümumi cəhətlər var ki, bunlar da operativlik, forma- məzmun yeniliyiyi,tamlığı, dəqiqlik, dürüstlük, tərəfsizlikdir ki, mən bunların hamısını “Metbuat.az”da gördüm.

Hər şeydən əvvəl, onu qeyd edim ki, bu xəbər portalı geniş oxucu auditoriyasına hesablanıb və hər qisim oxucu, cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri özlərinə lazım olan informasiyanı burda tapa bilir. İqtisadiyyat yenilkləri, dərman qiymətləri, valyuta, sağlamlıq, bürclər, şou-biznes xəbərləri, idman, turizm, hava və sair. Sayt dindar oxucularını da diqqətdə saxlayıb. Namaz vaxtları mütəmadi yenilənir və bu, çox yaxşıdır.

Analitik yazı oxumaq istəyənlər, dünyada və ölkədə sosial, siyasi, mədəni sferada baş verən hadisələrin təhlilini gözləyənlər üçün də “Metbuat.az” maraqlı tərəfdaşdır.Hazırda bir təhsil işçisi olduğum üçün informasiya portalının bu sahəyə ayırdığı diqqətdən söz açmaq istəyirəm.

Ona görə yox ki, bu sayt Lənkəran Dövlət Universitetindən verilən bütün informasiyalara sayğı ilə yanaşıb, operativ yerləşdirib, sosial şəbəkələrdə paylaşımını təmin edib. Bəli, bunlar da öz yerində. Amma bu da həqiqətdir ki, əksər informasiya portalları reytinq dalınca qaçıb kriminal xəbərlərə meyl edəndə, yalana həqiqət donu geyindirəndə, “pullu” mövzulara meyl edəndə, sufarişli tərif-tənqidlər yazanda "Metbuat.az" öz ampulasına sadiq qalıb, sakit, tərəfsiz, qərəzsiz, maarifləndirici xəbərlərin yayımını davam etdirməklə mətbuatın ali prinsiplərinə sadiqliyini nümayiş etdirib və nə yaxşı ki, bu belə olub!

Bəli, tam məsuliyyəti ilə deyirəm ki, “Əkinçi”nin əkdiyi maarifçilk ənənələrinə, milli-mənəvi, demokratik dəyərlərə sadiq qalan az sayda mətbu orqanlarındandır “Metbuat.az”.

Bu informasiya portalı onu izləmək üçün oxucusuna bütün şansı yaradıb. Sosial şəbəkələrin hamısında “Metbuat.az”ı izləmək imkanımız var. Uğurların əsas səbəbinə gəlincə isə, mən deyərdim ki, əsas məsələ peşəkar komandanın yaradılmasıdır. Tanınan imzalar saytı tanıtdırır. Bayram günü olduğu üçün heç kimi fərqləndirmək istəmirəm. Ən azından ona görə ki, uğurlarda hamınızın şəksiz payınız var.

Əziz həmkarlar, bayramınız mübarək! Hamınızı 4 yaşınızın tamam olması münasibəti ilə ürəkdən təbrik edir, uğurlarınızın davamlı olmasını arzulayıram və buna inanıram! Yolunuza belə davam edin!”


"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Metbuat.az-ın layihələrinin çeşidli və daima yeniliyə meyilli olduğunu diqqətə çatdırdı.

“Yarandığı gündən qısa müddətdə informasiya məkanında öz yerini tuta bilmiş "Metbuat.az" layihələrin çeşidi və daim yeniliklərə meyilliliyi ilə diqqət çəkir.

Axtarışların bitib-tükənməməsi və informasiyanın əldə olunması vasitələrinin genişləndiyi şəraitdə mürəkkəb bir işin öhdəsindən gəldiyiniz üçün təbrik edirəm.

Ümid mətbuatın ən vacib prinsipləri daim peşəkarlığınızın və obyektivliyinizin qayəsi olacaq. Yaş üstünə yaş gətirən iliniz möhkəmliyinizə növbəti bir təkan olsun.”


Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Metbuat.az-a ən səmimi təbriklərini belə ifadə etdi:

Metbuat.az saytınının 4 yaşını ürəkdən təbrik edir, uca Allahdan ona uzunmüddətli fəaliyyət, onun kollektivinin bütün üzvlərinə isə uzun ömür, can sağlığı, firavan həyat və hərtərəfli uğurlar, o cümlədən işlərində yeni nailiyyətlər diləyirəm.

Metbuat.az saytı mənim üçün doğma və dəyər verdiyim saytlardandır ona görə yox ki, həmin saytla əməkdaşlığımız və kollektivi ilə münasibətlərimiz var, ən əsası ona görə ki, həmin sayt fəaliyyətini qanunvericiliyin və əxlaq normalarının tələblərinə və milli maraqlara uyğun qurur və əməkdaşları isə məsuliyyətli olmaqla dəyərli peşələrinin, eləcə də özlərinin adını və nüfuzunu ləyaqətlə qoruyurlar. Bir səmimi münasibətimi ifadə etməklə, hərtərəfli uğurlar arzulayıram”.



Unibank KB İctimaiyyətlə əlaqələr və Media şöbəsinin müdiri Sülhiyyə Şirinova kollektivimizə uğurlar arzuladı.

Metbuat.az komandasını ad günü münasibəti ilə təbrik edirəm, uzun və uğurlu illərə imza atmağı arzulayıram.

Metbuat.az portalının hər zaman Azərbaycan informasiya portalları sırasında özünəməxsus yeri olub, daim inkişafda olması, yeniliklərə açıq olması və maraqlı layihələri ilə oxucularının sevgisini qazanıb.

Növbəti ad günlərinizi daha geniş oxucu auditoriyasıilə qeyd etməyi, daha maraqlı layihələr arzu edirəm. Oxucularınızın sevgisi daim olsun, hər zaman reytinqlərdə yeriniz yüksəklərdə qalmaqda davam etsin”

.

"Kapital Bank"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-a daha da oxunaqlı olub, etibar edilən saytlar sırasında daima ön sırada olmağı arzu etdi.

“Bütün dünyada olduğu kimi bu gün Azərbaycanın da ənənəvi qəzet və jurnallarını internet saytlar və xəbər portalları əvəz edir. Saytların sayı çox olsa da, onlar arasında daha oxunaqlı olmaq və müasir dildə desək daha çox İP toplamaq hər media orqanına nəsib olmur.

Hər bir mətbuat orqanı üçün operativlik, qərəzsizlik və oxucularına maraqlı məlumatlar çatdırmaq önəmli hesab olunur. Təbii ki, oxucuların sevimlisinə çevrilmək, xəbər almaq məqsədilə etibar etdiyin sayta daxil olmaq məsuliyyətli və qürurvericidir.

Bu gün Metbuat.az portalı günbəgün artan saytlar arasında seçilən və sevilən xəbər portalıdır. Dünyada baş verən ictimai-siyasi hadisələri, iqtisadi məqalələri və sosial həyatımızı əks etdirən problemləri işıqlandıran Metbuat.az saytı, yaşının az olmasına baxmayaraq, minlərlə daimi oxucuya sahibdir.

Qoy hər zaman eksklüziv, operativ və maraqlı xəbər oxumaq istədikdə ilk növbədə mətbuat.az yada düşsün. Yeni yaşınızda saytın rəhbərliyinə və kollektivinə şəxsən öz adımdan və Kapital Bank adından uğurlar arzulayıram”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR