İntihar edən Sevilin şəxsi yazışmaları araşdırılacaq -

Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən, Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi olan 20 yaşlı Sevil Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai rayon prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcək.

Sevil 2 gün öncə intihar edib.

Xatırladaq ki, Sevilin ailəsində dəhşətli təzyiqlərə məruz qalması və bütün bunların fonunda intihar etməsi ilə bağlı yazışması ortaya çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR