Metbuat.az-ın 4 yaşı tamam oldu

Bu gün "Metbuat.az" saytının peşəkar fəaliyyətinin 4 ili tamam olur.

"RMEDIA Group"a daxil olan "Metbuat.az İnformasiya Agentliyi" 2016-cı ilin əvvəlində təsis olunub. 2017-ci ilin 21 fevralında kollektiv genişləndirilərək peşəkar xəbər istehsalına başlayıb. Metbuat.az müstəqil informasiya agentliyi olaraq fəaliyyət göstərir.

Saytın xəbər lenti daim yenilənir, xəbər məzmunu zəngindir. Hər zaman dövlətçilik prinsiplərindən çıxış edən "Metbuat.az"ın qarşıya qoyduğu əsas məqsəd daim oxucu kontingentini genişləndirmək, etimad edən oxucu auditoriyasını fasiləsiz xəbərlə təmin etmək, peşəkar fəaliyyətlə vətəndaş cəmiyyətində medianın roluna töhvə vermək və ölkənin ən etibarlı KİV-lərindən biri olmaqdır. Sayt tərəfindən baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşma, bitərəf mövqe oxucu auditoriyası tərəfindən müsbət qarşılanır.

Fəaliyyətdə olduğu qısa müddətdə böyük auditoriya qazanmağa nail olan sayt hazırda ölkənin ən çox oxucusu olan xəbər portallarından biridir.

Metbuat.az "Facebook", "Twitter", "Instagram", "Youtube" və "Telegram" kimi sosial media platformalarında da təmsil olunur.

Bizi izlədiyiniz üçün təşəkkür edirik!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR