Mahir Şükürov FİFA-ya şikayət etdi

Mahir Şükürov FİFA-ya şikayət etdi
14:21 18 Yanvar 2015
172 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov FİFA-ya müraciət edib.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı futbolçu hazırda formasını geyindiyi Türkiyənin "Karşıyaka" klubundan şikayətçidir.

Türkiyə mətbuatı 33 yaşlı sağ cinah müdafiəçisinin 2 aylıq əmək haqqını klubdan ala bilməməsini yazır. İzmir təmsilçisinin Şükürova 55 min dollar borcunun olduğu bildirilir. 19 yanvaradək həmin vəsaiti ödənməsə, təcrübəli futbolçu azad agent statusu alacaq. Yaşıl-qırmızılar isə Mahir Şükürovu itirmək istəmir və "Karşıyaka" rəhbərliyi onu buraxmaq istəmir. Bu səbəbdən, klub rəsmiləri borcu ödəmək üçün səfərbər olublar.

Qeyd edək ki, daha öncə "Karşıyaka" eyni problem üzündən Berkan Emir və nigeriyalı Çikeluba Ofoedunun gedişinə əngəl ola bilməyib. Hazırda klub I vitse-prezident Azat Yeşilin 500 min lirəlik dəstəyi ilə nəfəs alır. Amma Tiaqo Keyruş Bezerra və Baykal Kulaksızoğluna olan borc üzündən transfer qadağası ilə üz-üzə qalan "Karşıyaka" rəhbərliyi bu maddi dəstəklə daxildəki problemləri çözmək niyyətindədir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=320394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR