Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2170 nəfərdir.

Ölkədə son sutka ərzində 7 236, hazırkı dövrədək isə 2 551 116 test aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR