x
Loading...
.

Azərbaycanda gecə saatlarında üzücü xəbər - Ölən və yaralılar var

.

Tovuzda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə “Tovuz Park”ın qarşısında qeydə alınıb.

Hərəkətdə olan “VAZ” markalı minik maşını digər minik maşını ilə toqquşub.

Qəza zamanı 1986-cı il təvəllüdlü Məmmədov Məqsəd Sabir oğlu dünyasını dəyişib. Üç nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR