x
Loading...
.

Avropa İttifaqının dəstəyi ilə səhiyyə işçiləri üçün ataların prenatal qayğıya cəlb olunması mövzusunda təlimlər keçiriləcək

.

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və “Gənc Psixoloqlar” İctimai Birliyi (GPİB) ataların prenatal qayğı sahəsində rolunu artırmaq məqsədilə səhiyyə işçiləri üçün təlimlər təşkil edir.

20 fevral 2021-ci il tarixindən etibarən keçiriləcək təlimlər Azərbaycanın üç bölgəsindən olan səhiyyə işçilərinin ataların prenatal qayğıya cəlb edilməsi mövzusunda bilik və bacarıqlarının artırılmasına töhfə verəcək. Təlimlər Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutacaq.

Səhiyyə sektoru və səhiyyə işçiləri ataların prenatal qayğı prosesində iştirakının artırılması və ailə daxilində uşaqların qayğısına qalmaqla bağlı məsuliyyətin bölüşdürülməsinin təşviq edilməsində həlledici rol oynayırlar. Sözügedən təlimlərin keçirilməsində məqsəd atalar və səhiyyə işçiləri arasında ünsiyyətin və qarşılıqlı əlaqənin gücləndirilməsi üçün nəzəri və praktik biliklərin artırılmasından ibarətdir.

Peşəkar səhiyyə təlimçiləri tərəfindən formalaşdırılan modullar vasitəsilə təlimlərdəiştirakçılara ataların prenatal qayğı prosesində iştirakının faydaları və bununla bağlı yaranan çətinliklər haqqında məlumatların verilməsi nəzərdə tutulur. İştirakçılar birlikdə konsultasiyalarda iştirak etmək, habelə hamiləlik, doğuş və doğuşdan sonrakı prosesə ataların cəlbi prinsiplərini müəyyənləşdirmək imkanı əldə edəcəklər.

Təlim sessiyaları 20 fevral – 20 mart2021-ci il tarixlərində Bakı şəhəri, Gəncə-Qazax və Aran iqtisadi bölgələrindən olan səhiyyə mütəxəssisləri üçün təşkil olunacaq. Təlimlərdə hər bölgədən 10 nəfər olmaqla ümumilikdə 30 mütəxəssisin iştirakı təmin ediləcək: 15 pediatr, 9 neonatoloq və 6 ginekoloq.

Layihə uşaqların qayğısına qalmaqla bağlı ataların iştirakının artırılmasında tibb işçiləri və həkimlərin rolunu artırmaqla yanaşı, bəzi kök salmış stereotiplərin aradan qaldırılmasına da töhfə verəcək. Beləliklə, layihənin gələcəkdə uşaqlara qulluq sahəsində gender rollarının dəyişməsi və məişət zorakılığı hallarının azalması baxımından müsbət təsirə malik olacağı gözlənilir.

Proqram haqqında:

Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilir. Proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərə meydan oxuyaraq və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, BelarusUkraynada icra olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR