Bu gündən Milli Məclisin deputatlarının vaksinasiyasına başlanılıb.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, artıq bir neçə deputat birinci mərhələdə vaksinasiyadan keçib. Virusu keçirmiş deputatlarda isə virusa qarşı antitellərin müəyyən edilməsi üçün analizlər götürülüb.
Deputatlar arasında vaksinasiya könüllü şəkildə aparılır.