x
Loading...

“Xocalı, Xankəndi, Ağdərə və Xocavənddə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır” – Hulusi Kılıç

“9 noyabr anlaşması status-kvonu yox etdi. Bunu İlham Əliyev də qeyd edib. 1992-ci ildən biz statusu ləğv etmişik. Bu bir keçid dönəmidir. Xocalı, Xankəndi, AğdərəXocavənd Azərbaycan torpaqlarıdır. BMT-nin bununla bağlı qərarları var”.

Metbuat.az xəbər verir ki, bu fikirləri qazet.az-a açıqlamasında türkiyəli diplomat, 2008-2012 – ci illər ərzində Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri olmuş Hulusi Kılıç deyib. Sabiq səfir qeyd edib ki, Ermənistan hakimiyyətinin Qarabağda yaşayan ermənilərə yalan vədlər verməsi oradakı ərazilərin Azərbaycan torpaqları olması əsasını dəyiştirməyəcək.

“Qarabağdakı ermənilərin kasıb Ermənistanın yox, zəngin Azərbaycanın vətəndaşı kimi orada yaşamaları onlar üçün xeyirli olacaqdır. Azərbaycanda vətən, torpaq, şəhidlik və bayraq anlayışları dəyişib. Azərbaycan dünyanın ən önəmli ölkəsi olub. 1990-cı illərdəki Azərbaycan artıq yoxdur. O zaman ölkənin heç nəyi yox idi. 44 gün ərzində Azərbaycan igidləri torpaqlarını geri aldı. Ona görə də hər kəs ağlını başına yığsın. Ermənilər qeyd etdiyimiz Azərbaycan torpaqlarında yaşamaq istəyirlərsə, orada yaşasınlar. Buna heç kimin etirazı yoxdur. Bakıda 30 min erməni yaşayır. Ermənistanda isə bir nəfər də olsun azərbaycanlı və ya Türkiyəli yoxdur. Türkiyədə də 60 min erməni vətəndaşı yaşayır. Lazım gələrsə, “bir gecə ansızın gələ bilərik”. 4 rayonla bağlı keçid zamanıdır. Ümid edirik ki, ermənilər ağıllarını başlarına yığar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR