.

Rayonlarda 6 manata, Bakıda 12 manata satılan mal əti - Qiymət bahalaşacaq - VİDEO

.

Rayonlarda bir kiloqramı 6-7 manata təklif olunan dana əti paytaxtda 11-12 manata satılır. Maraqlıdır, bu qədər fərq niyə yaranır? Satıcılar bunu müxtəlif səbəblərlə izah edirlər.

Metbuat.az xəbər verir ki, Bərdənin pərakəndə ət bazarında mal əti 6-8, quzu əti isə 9-10 manata satılır.

Rayon bazarında son aylar ət 1-2 manat arasında ucuzlaşıb.

Satıcıların sözlərinə görə, ümumiyyətlə, son 4 ayda ət ucuzlaşmaqda davam edir. Hələ bundan sonra da ucuzlaşmanın olacağı istisna edilmir.

Rayonlardan fərqli olaraq paytaxtda ət ucuzlaşmayıb. Bakıda mal ətinin qiyməti hələ də 11-12 manat arasında dəyişir.

Satıcılar paytaxtda ətin ucuzlaşmamasını müxtəlif səbəblərlə izah edirlər.

Satıcılar bu gedişlə hələ paytaxda ətin bir az da bahalaşacağını deyirlər. Buna səbəb son günlər benzinin və yemin qiymətinin artmasıdır. Xüsusilə də hazırda rayondan Bakıya mal gətirmə xərcləri bir qədər artıb.( Xəzər TV)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR