x
Loading...

Millimiz Moldovanı məğlub etdi

.

Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda Moldova seçməsi ilə üz-üzə gəlib.

Bakıdakı “ASK Arena”da keçirilən görüşün taleyini bir qol həll edib. Aysun Əliyevanın 46-cı dəqiqədə vurduğu qol yığmamıza qələbə qazandırıb.

Son olaraq bir neçə gün öncə İspaniya yığmasına 0:13 hesabı ilə uduzan millimiz yer aldığı D qrupunda bu oyuna qədər xal qazana bilməmişdi və sonuncu – 5-ci pillədə qərarlaşmışdı. Son oyundakı qələbə də yığmamızın mövqeyinə təsir etməyib. Belə ki, komandamız seçmə mərhələni qrup sonuncusu kimi başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR