Ərdoğandan qardaşlıq, birlik çağırışı -

“Türkiyənin sərhədləri daxilində və xaricdə həyata keçirdiyi antiterror əməliyyatları qanuni haqqıdır. Regionda min illik tariximizin bizə verdiyi qardaşlıq, dostluq və humanitar vəzifəmizi yerinə yetirmək üçün heç kimdən icazə almayacağıq”.

Metbuat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının toplantısında belə deyib. O bildirib ki, Türkiyə təhdidləri aradan qaldırana qədər dayanmayacaq:

“Balkanlardan Türküstana, Qafqazdan Afrikaya qədər ürəyimizdəki hər bir qardaşımızın yaxşı və pis günündə yanında olmağa davam edəcəyik. Haqq tərəfdarı, şərəf sahibi olan hər kəsi Türkiyənin bu qanuni mübarizəsinə dəstək verməyə dəvət edirəm”.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR