Həbs edilmiş müğənninin ümidi Ali Məhkəməyə qaldı

Həbs edilmiş müğənninin ümidi Ali Məhkəməyə qaldı
14:24 18 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl həbs edilən tanınmış türkiyəli müğənni Dəniz Səkinin azadlığa çıxmaq şansı getdikcə tükənir. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə müğənninin vəkili artıq Ali Məhkəmə istisna olmaqla bütün instansiyalara müraciət etdiklərini bildirib. Həbs edilmiş müğənni özü də yalnız Ali Məhkəmə tərəfindən məsələnin araşdırılması nəticəsində azadlığa çıxa biləcəyini və buna ümid etdiyini deyib.

 

Qeyd edək ki, Dəniz Səki keçən il narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib. Xeyli müddət polisdən qaçan müğənni yaxalandıqdan sonra Bakırköydəki qadınlar üçün nəzərdə tutulmuş qapalı cəzaçəkmə müəssisəsində saxlanılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR