CBC TV-nin avtomobili aşdı -

CBC TV-nin çəkiliş qrupu yol qəzasına düşüb.

Metbuat.az Report-a istiadən xəbər verir ki, hadisə Tərtər-Bərdə yolu istiqamətində baş verib.

Qəzaya ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması səbəb olub. Belə ki, hadisə nəticəsində qəzaya uğrayan avtomobil aşıb. Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Telekanalın rəhbərliyi hadisədən sonra yerli icra orqanlarıyla əlaqə saxlayıb, avtoqəzanın fəsadlarının aradan qaldırılması istiqamətində bütün operativ addımlar atılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR