Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 795 yoluxma halı qeydə alınıb.
Metbuat.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən bildiriblər ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 210 357 nəfərə çatıb, onlardan 2 540 nəfəri isə vəfat edib.