x
Loading...

Qış rejiminə uyğun olmayan avtobuslar cərimələndi

.

Ağstafada sərnişindaşıma ilə əlaqədar tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin(DYPB) əməkdaşları havaların kəskin dəyişməsi nəticəsində rayon ərazisində avtomobillərin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər keçirir.

Polis əməkdaşları yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər. Bundan əlavə sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər, onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər.

Reyd zamanı qış rejiminə uyğun olmayan 3 mikroavtobus aşkarlanaraq müvəqqəti dayanacağa qoyulub sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR