x
Loading...
.

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır - FOTO

.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli tarixlərdən biri olan Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.

Metbuat.az-ın məlumatına görə onlayn keçirilən videokonfrans Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer aldığını bildirib,bu faciəni əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürü kimi səciyyələndirib.

44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən Vətən müharibəsini Xocalı faciəsinə xalqımızın layiqli cavabı, qisası kimi dəyərləndirən Natiq İbrahimov qanlısoyqırıma ilk dəfə hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini deyib. “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.

Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” deyən Heydər Əliyevin 1994-cü il fevralın 24-də imzaladığı fərmanla 26 Fevral xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandı. Xocalı hadisələrini həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi adlandıran Heydər Əliyev şəhərin müdafiəçilərinin xidmətləri ilə bağlı sərəncam da imzaladı. N.İbrahimov qeyd edib ki, məhz Ümummilli liderin səyi nəticəsində faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etdi, xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olundu. Nəticədə isə erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salındı.

Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dosent Kamal Mahmudov, beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri dosent Zaur Məmmədov məruzələrində Xocalı faciəsi baş verən dövrdə Azərbaycanda və dünyada yaşanan hadisələr,faciəni doğuran səbəblər və onun ağrılınəticələri, ibrət dərsləri barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirmişdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür ki, onların 150 nəfərinin taleyi indiyə kimi də məlum deyil.

Məruzəçilər bildirib ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın da daxil olduğu İslam Konfransı Təşkilatı (İKT) ilə birlikdə “Xocalıya ədalət” kampaniyası uğurla həyata keçirilir. Bu təşkilata daxil olan ölkələr Xocalı soyqırımını rəsmi olaraq qəbul etmişlər.

“Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir.

Xocalı faciəsi hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və ictimaiyyətə çatdırılır. Son dövrlər bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənir, Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir.

İnformasiya-Kommunikasiya və Kitabxana Mərkəzinin direktoru, baş müəllim Ənvər ŞahqubadbəyliLənkəran Dövlət Universitetində Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər barədə məlumat verib.Bildirib ki, qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar olaraq universitetdə virtual kitab, foto sərgisi və rəsmmüsabiqəsi keçirilib.Rəsm müsabiqəsinə tələbələrin faciənin dəhşətlərini əks etdirən 40-dan çox rəngkarlıq işi daxil olub. Onların içərisində8 iş fərqləndirilib və 1-3-cü yerlərə layiq görülüb. Ənvər Şahqubadbəyli qeyd edib ki, 26 Fevral –Xocalı faciəsinin ildönümü günündə universitetin bütün fakültələrində ilk dərslər Xocalı qətlyamına həsr ediləcək.

Onlayn konfrans Xocalı faciəsinin dəhşətlərini əks etdirən videoçarxın nümayişi ilə başa çatıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR