Göyçayda yanan evə qadın meyiti tapılıb.
Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, bədbəxt Göyçayın Kürdşaban kəndində qeydə alınıb. Birmərtəbədən ibarət olan evdə yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısını dərhal almaq məqsədilə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Yanğın zamanı 1934-cü il təvəllüdlü Mahmudova Badam Ağası qızının yanaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Davud Tarverdiyev / Metbuat.az