Azərbaycan Premyer Liqasında mövsümün antirekordu təkrarlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunda qapılara cəmi 5 top vurulub.

Metbuat.az xəbər verir ki, bu, mövsümün antirekordunun növbəti dəfə təkrarlanması deməkdir.

Cari mövsüm VII və XI turlarda da qapı torları 5 dəfə silkələnib. Hər üç turda orta məhsuldarlıq 1,25-ə bərabər olub.

Ən çox qol isə X turda vurulub. Həmin vaxt komandalar 19 dəfə fərqlənə bilib və orta məhsuldarlıq 4,75-ə çatıb.

Qeyd edək ki, XVII turda "Qəbələ" evdə "Sumqayıt"ı, "Zirə" "Neftçi"ni, "Qarabağ" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Keşlə" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR