x
Loading...

Ötən əsrin ən QANLI CİNAYƏTİ - Türkiyəli general tarixi həqiqətləri danışdı...

.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.

Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib.

Bu tarixi günün mahiyyəti barədə Metbuat.az-a danışan Türkiyəli general Yücel Karauz bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib.

“İlk öncə Xocalıda qətl edilən 613 dinc sakini- anamızı, bacımızı, yaşlılarımızı böyük bir ehtiramla yad edib ruhlarına rəhmət diləyirəm.

Bu soyqırım yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməlidir.

Bu terror nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-üuşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.

Bu soyqırım o zamanki Ermənistan və onun idarəedənlərinin terorçuluq zehniyyətinin keçmişdən bu günə qədər olan həmçinin Böyük Vətən müharibəsi öncəsi və sonrası törətdiyi terror fəaliyyətlərinin əsas bünövrəsi olmuşdur.

Nə üçün vandal ermənilər belə bir soyqırım planı həyata keçirərək yüzlərlə məhsum insanın həyatınına son verdilər?

Çünki, Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir.

Bu qırğının məqsədlərindən biri də Qarabağ və ətrafında olan 7 rayonun əhalisini zorla yurd-yuvasından qopararaq, həmin ərazilərdə öz statuslarını qoruyub saxlamaq olmuşdur.


30 oktyabr tarixindən etibarən ermənilər Xocalıya quru yolla gələn ərzaq və digər zəruri ehtiyac məhsullarının şəhərə daxil olmasının qarşsını alaraq insanların aclıqla üz-üzə qalmalarına səbəb olmuşdular.Quru yolu ilə hümanitar yardımın qarşısını alan ermənilər,havadan ediləcək hər hansı bir köməkliyin qarşısını almaq üçün helikopterləri atəşə tutaraqXocalıda yaşayan Azərbaycan türklərinin çətin və ağır vəziyyət yaşamalarına şərait yaradıblar.

Hələ o zamankı Ermənistanın Sarkisyan hakimiyyətinin idarə etdiyi sistem, yaşlı, hamilə, qadın, uşaq demədən dinc əhaliyə divan tutmuşdur.

Xocalıda baş verən hadisələrdə azərbaycanlırın təbii hüquqları - xüsusilə yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət hüquqları kəskin şəkildə pozulmuş və tapdanmışdır.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımda İnsan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə konvensiyası, BMT-nin Baş Məclisinin 10 dekabr 1948 -ci ildə elan olunan İnsan hüquqlarının Ümumi Bəyannaməsinin, "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında " Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın maddələri ermənilər tərərfindən ciddi şəkildə pozulmuşdur’’.

General Yücel Karauz bu yaşanan qanlı qətliamın ermənilərin ilk soyqırım faktı olmadığını xatırladaraq bildirdi ki, qana susamışlar hələ Xocalıdan çox öncə Anadoluda türklərə qarşı belə bir ölüm və zorakılıq hərəkətləri törətmişdilər.

“1992-ci ildən 2000-ci illərə qədər davam edən bu terror fəaliyyətləri Tərtərdə də, BərdəGəncədə də davam etdirələrək, dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağıdılmaqla bərabər onlarla azyaşlı uşağın ölümünə valideynlərinin itirilməsinə rəvac vermişdir.

Müzəffər və rəşadətli Azərbaycan ordusunun əldə etdiyi Qarabağ Zəfəri nəticəsində Xocalı rayonunun bir neçə kəndi də düşmən işğalından azad edilidi.

Böyük Vətən müharibəsində qazanılan zəfər sayəsində Xocalı şəhidlərinin ruhu da huzura qovuşdu.

Şəhidlərimizin və qazilərimizin qanı və canı bahasına əldə edilən bu qələbə ilə adlarını çəkmədiyimiz neçə-neçə şəhidlərimizin,günahsız körpə balaların, yaşlı cavan - kimlər ki, o gecədə erməni vəhşiliyinə qurban oldular hər birinin ruhu rahatlığı artıq tapıb.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz’’.


Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR