x
Loading...
.

Bankomatdan aldığı pulun dəyəri 100 dəfə artdı - FOTO

.

Türkiyənin Ardahan şəhərində bərbər işləyən Gökmen Kurban, bankomatdan götürdüyü 100 lirəni (TL) 100 000 lirədən satışa qoyub. O, sövdələşməyə açıq olduğunu, pulu sata bilərsə qazandığı gəlirlə heyvandarlıq işinə girəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Gökmen Kurban bankomatdan götürdüyü pulları sayarkən '0' rəqəminin 100 lirədə əskik olduğunu görüb. Əvvəlcə pulun saxta olduğunu düşünən Kurban dəqiqləşdirmək üçün bank filialına gedib. Orada 100 TL-nin gerçək olduğunu və kolleksiya dəyərinə sahib olduğu təsdiqlənəndə lotereyada qazanmış kimi sevinib.

Kolleksionerlərin xətalı əskinaslarla maraqlandıqlarını və yüksək məbləğlərə yüksək qiymətə satıldığını öyrənən bərbər qısa araşdırma etdikdən sonra 100 TL-lik xətalı əskinası 100 min TL-ə satdığını açılayıb. Gökmen Kurban indi kolleksionerlərdən təklif gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR