x
Loading...
.

Göyçayda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 613 ağac əkildi - FOTOLAR

.

Göyçayda Xocalı faciəsinin qurbanları böyük ehtiramla yad olunub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, faciənin 29-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Göyçay Şəhidlər Xiyabanında simvolik olaraq 613 ağac əkilib.

Ağacəkmə aksiyasında rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak edib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Davud Tarverdiyev
Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR