x
Loading...
.

Türkiyədə martın 2-dən məktəblər açılır

.

Türkiyədə martın 2-dən etibarən bəzi məhdudiyyətlərlə məktəblərdə üz-üzə dərslər bərpa olunur.

Metbuat.az bildirir ki, bu barədə ölkənin Milli Təhsil Nazirliyinin təlimatında deyilir.

Qeyd olunur ki, ibtidai siniflərdə dərslər bir sinif üçün həftədə 2 gün ümumilikdə 12 saatı keçməməklə baş tutacaq.

Orta məktəb və liseyin son sinifləri hesab olunan 8 və 12-ci siniflərdə dərslər bərpa olunur. 8-ci siniflərdə həftədə 22 saat, 12-ci siniflərd həftədə 24 saat dərs keçiriləcək.

Qeyd edək ki, Türkiyədə kənd məktəbləri fevralın 15-dən dərslərə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR