Türkiyədə koronavirusla bağlı son statistika

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Metbuat.az-ın Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün 66 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 109 min 639 koronavirus testi aparılıb, onlardan 8 min 424-ü müsbət çıxıb.

Ağır xəstə sayı 1191-dir. 6 min 511 nəfərin koornavirus müalicəsi tamamlanıb və onlar sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 572 min 234-ə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR